1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında 5 "bürünc"
Azərbaycan yığması Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatını 5 bürünc medalla başa vurub.
Sportnet.az xəbər verir ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Yığma üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal əldə edib. Nəsir Həsənov (75 kq) isə 5-ci yerdə qərarlaşıb.
Qadın güləşçilərin mübarizəsini də yığma üzvləri 2 bürünc medalla tamamlayıb. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Alyona Kolesnik (58 kq) isə 5-ci yeri tutub.
Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı da 1 bürünc medal olub. 57 kq çəkidə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb.
Görüşləri idarə edənlər arasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.