1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu, güləşçilərin intizamsızlığına səbəb olmamalıdır"
Azərbaycan Güləş Federasiyasında (AGF) Bakı şəhərində və ətraf qəsəbələrdə fəaliyyət göstərən güləş klublarının məşqçiləri ilə görüş keçirilib. Sportnet.az-ın AGF-nin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşün keçirilməsi klubların hazırki vəziyyətini, qarşıdan gələn yarışlara hazırlığı müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyıb.
Baş katib Əjdər Cəfərov klublara xüsusilə perspektivli yeniyetmələrin cəlb olunmasının və güləşçilərin nizam-intizam qaydalarına riayət etmələrinin vacibliyini bildirib. O deyib ki, Bakı və ətraf qəsəbələrdəki klublar federasiya prezidenti Fazil Məmmədovun göstərişi ilə tam təmənnasız fəaliyyət göstərir: "Bu da məhz milli idman növümüz olan güləşin inkişafı üçün atılmış addımdır. Təmənnasız olması klublarda məşğul olan güləşçilərin intizamsızlığına səbəb olmamalıdır. Çalışmaq lazımdır ki, məşqlər zamanı güləşçilər intizam qaydalarına ciddi riayət etsinlər. Nizam-intizam olan yerdə inkişaf da olur, nailiyyət də. Məşqlərin yüksək səviyyədə keçirilməsi üçün klublar federasiya tərəfindən bütün lazımi idman avadanlıqları, güləş döşəkləri və ləvazimatlarla təchiz olunub. Məşqçilərdən tələb olunan odur ki, maksimum səylə fəaliyyət göstərsinlər və yetirmələrinin yüksək nəticələr göstərməsinə çalışsınlar".
Görüşdə məşqçilərə güləşçilərin daxili transfer qaydaları barədə məlumat verilib, klublara yeni qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması üçün tapşırıqlar verilib.