 
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran Priyə start verilib.
	
Sportnet.az məlumatına görə, üç gün davam edəcək yarışda turnirdə Azərbaycanı 8 kişi cüdoçu təmsil edir. İlk yarış günündə onlardan 3-ü tatamiyə çıxıb və hər biri mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
	
60 kq çəki dərəcəsində Sadiq Məhərrəmov ilk görüşdəcə rusiyalı Albert Monquşa uduzaraq, mübarizəni dayandırıb. Əvəzində Oruc Vəlizadə yarımfinaladək irəliləyib. O, 1/4 finalda Gürcüstan təmsilçisini yensə də, yarımfinal və təsəlliverici görüşdə qonşu ölkənin digər cüdoçularına uduzaraq, 5-ci yerlə kifayətlənib.   
	
	66 kq çəkidəki Elçin Hüseynov isə ilk görüşündə hollandiyalı
Mattheys van Harteni məğlub etsə də, 1/8 finalda özbəkistanlı Şaxram Əhmədova
yenilib.
 
	
Qeyd edək ki, martın 31-də Paşa Əliyev, Telman Vəliyev (hər ikisi 73 kq) və Coşqun Abdullayev (81 kq), aprelin 1-də isə Sənan Əhmədov (100 kq) və Cəlil Şükürov (+100 kq) mübarizə aparacaq. Qran Pridə 38 ölkədən 183-ü kişi, 119-u qadın olmaqla, cəmi 302 cüdoçu mübarizə aparacaq. 
 
	60 kq 
	1/16 final. Sadiq Məhərrəmov - Albert Monquş (Rusiya)
	 
	Təsəlliverici görüş. Oruc Vəlizadə - Laşa Çaduneli (Gürcüstan)
	1/2 final. Oruc Vəlizadə - Luxumi Çxvimiani (Gürcüstan)
	1/4 final. Oruc Vəlizadə - Temur Nozadze (Gürcüstan)
	1/8 final. Oruc Vəlizadə - Vensan Limar (Fransa) 
	1/16 final. Oruc Vəlizadə - İtalo Karvalyo (Braziliya)
	
		
	66 kq
	 
	1/8 final. Elçin Hüseynzadə -  Şaxram Əhmədov (Özbəkistan) 
	1/16 final. Elçin Hüseynov - Mattheys van Harten (Hollandiya)