1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz finalda məğlub oldu - YENİLƏNDİ
Azərbaycan milli komandası cüdo üzrə dünya çempionatında ikinci medalını qazanıb.
Sportnet.az xəbər verir ki, kişilərin 100 kq-dan yuxarı çəki dərəcəsi üzrə yarışında Uşangi Kokauri ikinci yeri tutub. O, finalda gürcüstanlı Quram Tuşişviliyə uduzub.
Bunadək Bakıda təşkil olunan yarışda Azərbaycan cüdoçularından yalnız biri – Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, bununla da fərdi yarışa yekun vurulub
--------------------------------------
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında final yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevi məğlub edib. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və gümüş medalı təmin edib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.
Qeyd edək ki, bunadək Bakıda keçirilən dünya çempionatında Azərbaycan cüdoçularından yalnız biri – Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
------------------------------------------
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Sportnet.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində yer idmançı bürünc medal qazanmaq üçün ilk təsəlliverici döyüşdə türkiyəli Kayra Sayıta uduzub. O, əlavə vaxtın 23-cü saniyəsində ipponla məğlub olub.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100) yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevlə qarşılaşacaq.
----------------------------------
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksələ bilməyib.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 27 yaşlı idmançı 1/4 finalda bosniya və herseqovinalı Larisa Çeriçə 1 dəqiqə 22 saniyəyə ipponla məğlub olub. Azərbaycanlı cüdoçu bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edəcək.
Bu mərhələdə Kindzerskanın ilk rəqibi türkiyəli Kayra Sayıt olacaq.
------------------------
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatında yarımfinal yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 26 yaşlı idmançı 1/4 finalda çexiyalı olimpiya çempionu Lukas Krpaleki məğlub edib. Kokauri yarımfinalda özbəkistanlı Bekmurod Oltiboyevlə qarşılaşacaq.
--------------------------------------
Azərbaycan ağır çəkili cüdoçuları Bakıda keçirilən dünya çempionatında 1/4 final yüksəliblər.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşangi Kokauri 1/8 finalda ukraynalı Aleksandr Qordiyenkoya qalib gəlib. O, 2 dəqiqə 9 saniyəyə ipponla qələbə qazanıb. 26 yaşlı idmançı 1/4 finalda çexiyalı Lukas Krpaleklə qarşılaşacaq.
78 kq-dan yuxarı çəkidə çıxış edən İrina Kindzerska isə 1/8 finalda puerto-rikolu Melissa Moxikadan güclü olub. O, 1/4 final mərhələsində rəqibi bosniyalı Larisa Çeriçlə üz-üzə gələcək.
------------------------------
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə belaruslu Vladislav Terpitskiyə 1 dəqiqə 2 saniyəyə ipponla qalib gəlib. Onun növbəti mərhələdəki rəqibi ukraynalı Aleksandr Qordiyenko olacaq.
-------------------------------
Azərbaycan cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsindəki 27 yaşlı idmançı 1/16 finala təsadüf edən ilk görüşündə litvalı Sandra Yablonskiteyə 2 dəqiqə 28 saniyəyə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi puerto-rikolu Melissa Moxika olacaq.
-------------------------------
Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini müvafiq olaraq, belaruslu Vladislav Terpitski və litvalı Sandra Yablonskiteyə qarşı keçirəcəklər.
İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.
Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.
Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.
Dünya çempionatı
27 sentyabr
Kişilər
+100 kq
Final. Uşangi Kokauri - Quram Tuşişvili (Gürcüstan)
1/2 final. Uşangi Kokauri - Bekmurod Oltiboyev (Özbəkistan)
1/4 final. Uşangi Kokauri - Lukas Krpalek (Çexiya)
1/8 final. Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)
1/16 final. Uşangi Kokauri - Vladislav Terpitski (Belarus)
+78 kq
Təsəlliverici görüş: İrina Kindzerska - Kayra Sayıt (Türkiyə)
1/4 final. İrina Kindzerska - Larisa Seriç (Bosniya və Herseqovina)
1/8 final. İrina Kindzerska - Melissa Moxika (Puerto-Riko)
1/16 final. İrina Kindzerska - Sandra Yablonskite (Litva)