1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhimzadə finalda - YENİLƏNİR
Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində mübarizə aparan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.
O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.
Qeyd edək ki, daha öncə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.
--------------------------------------------------------------------------------
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatının beşinci yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının üç üzvü xalça üzərinə çıxıb.
Əfqan Xaşalov ilk görüşdə gürcüstanlı güləşçini üstələyib.
Əli Rəhimzadə kanadalı rəqibini son xal prinsipi ilə yenib.
Füzuli Hüseynov isə gürcüstanlı rəqibi ilə görüşdə hesabı açan tərəf olsa da, təşəbbüsü əldən verərək uduzub.
57 kq
1/4 final. Əfqan Xaşalov - Cahangirmirzə Turabov (UZB) - 2:12
1/8 final. Əfqan Xaşalov - Roberti Dinqaşvili (GEO) 6:1
65 kq
FİNAL - Əli Rəhimzadə - Rey Hiquçi (JPN)
1/2 final. Əli Rəhimzadə - Roman Aşarin (HUN) - 5:3
1/4 final. Əli Rəhimzadə - Maksim Sakultan (MDA) - 4:1
1/8 final. Əli Rəhimzadə - Dillon Emmanuel Uilyams (CAN) *3:3
70 kq
1/8 final. Füzuli Hüseynov - Georgi Sulava (GEO) 2:12