1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
39 yarışda 177 medal - VİDEO
2018-ci il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb.
Sportnet.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bütün yaş kateqoriyaları üzrə milli komandalar iştirak etdikləri 39 beynəlxalq yarışda 177 medal qazanıblar.
Bunlardan 48-i qızıl, 46-sı gümüş, 83-ü isə bürünc olub.
Bakıdakı dünya çempionatında 124 ölkədən 755 cüdoçu mübarizə aparıb və tanınmış idman mütəxəssisləri mundialın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
Bu il yeniyetmə və gənc cüdoçuların da parlaq qələbələri diqqət çəkib. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Vüqar Talıbovun qızıl medal qazanması, gənclərin dünya birinciliyində Azərbaycan finalının baş tutması da əlamətdar hadisələrdəndir.