Azərbaycan cüdoçusu İbrahim Əliyevİsrailin paytaxtı Təl-Əvivdə start götürən Qran Pridə bürünc medal görüşündə məğlub olub.
Sportnet.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ispaniyalı Alberto Qaiteroya uduzaraq beşinci yeri tutub.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan Azərbaycanın digər 8cüdoçusu da medal qazana bilməyib.
----------------------------------
Azərbaycan cüdoçusu İbrahim Əliyev İsrailin paytaxtı Təl-Əvivdə start götürən Qran Pridə bürünc medal görüşünə vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Əliyev təsəlliverici görüşdə fransalı Matias Buşeni məğlub edib. O, medal uğrunda ispaniyalı Alberto Qaitero ilə mübarizə aparacaq.
Eyni çəkidə yer alan Orxan Səfərov isə təsəlliverici görüşdə rusiyalı İslam Xametova uduzub. Səfərov 1/4 finalda məhz Qaiteroya yenilib.
---------------------
Azərbaycanın iki cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə start götürən Qran Pridə bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.
Sportnet.az xəbər verir ki, bunlar 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərovla İbrahim Əliyevdir. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayıb və 3-cü görüşdə uduzub. Ardıcıl olaraq, türkmənistanlı Məhəmməd Kossekovla özbəkistanlı Şahkərəm Əhədovu məğlub edən Səfərov 1/4 finalda ispaniyali Alberto Qaiteroya yenilib. O, bürünc medal qazanmaq üçün, ilk növbədə, rusiyalı İslam Xametovu yenməlidir. Əliyev isə ABŞ idmançısı Koul Çandlerlə ispaniyalı David Qarsiyanı mübarizədən kənarlaşdırdıqdan sonra ukraynalı Boqdan Yadovla bacarmayıb. O, təsəlliverici görüşdə fransalı Matias Buşe ilə üz-üzə gələcək.
Medal görüşləri axşam saatlarında keçiriləcək.
Azərbaycanın yarışın ilk günündə qüvvəsini sınayan digər 7 cüdoçusuna gəlincə, Rövşən Əliyev (60 kq), Leyla Əliyeva (48 kq) və Buyankişiq Purevsuren (52 kq) ilk, Rəşad Yelkiyev (60 kq), Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İçinxorlo Munxtsedev (57 kq) ikinci görüşdə məğlub olublar.
Qeyd edək ki, Azərbaycan Qran Pridə 12 kişi və 6 qadın idmançı ilə təmsil olunur. Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Murad Fətiyev (81 kq) yanvarın 25-də, Məmmədəli Mehdiyev, Tural Səfquliyev(hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) isə ertəsi gün yarışacaq. Qran Pridə 53 ölkədən 379 idmançı mübarizə aparır. Turnirin mükafat fondu 100 min dollardır.
--------------------------------
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə ilin ilk beynəlxalq yarışı – Qran Pri start götürəcək.
Sportnet.az xəbər verir ki, 100 min dollar mükafat fonduna malik turnirdə Azərbaycanı 12 kişi və 6 qadın tatami ustası təmsil edəcək. İlk yarış günündə onlardan yarısı qüvvəsini sınayacaq və hamısı mübarizəyə 1/16 finaldan başlayacaqlar. Kişilərin 60 kq çəki dərəcəsi üzrə mübarizəsində Rəşad Yelkiyevlə Rövşən Əliyev iştirak edəcək. Onlar ilk görüşlərində müvafiq olaraq israilli Alon Aharon və sloveniyalı Matyaj Trboviçlə qarşılaşacaq. 66 kq-da Orxan Səfərov türkmənistanlı Məhəmməd Kossekov, İbrahim Əliyev isə ABŞ idmançısı Koul Çandlerlə üz-üzə gələcək.
Qadınların yarışında 48 kq çəkidə yarışan Leyla Əliyevanın ilk rəqibi rumıniyalı Aleksandra Popdur. Eyni çəkidə yer alan Aişə Qurbanlı isə ispaniyalı Sinte Qarsiya Mesa ilə görüşəcək. 52 kq-da Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Buyankişiq Purevsuren isveçrəli Fabienne Koxerlə qarşılaşacaq. İçinxorlo Munxtsedev isə 57 kq çəkidə israilli Şaked Amihay ilə üz-üzə gələcək.
Qeyd edək ki, Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Murad Fətiyev (81 kq) yanvarın 25-də, Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) isə ertəsi gün yarışacaq. Qran Pridə 53 ölkədən 379 idmançı mübarizə aparır. Turnirin mükafat fondu 100 min dollardır.