Birləşmiş
Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə"Böyük
dəbilqə” turnirində Azərbaycan millisi komanda hesabında 58 ölkə arasında 5-ci
yeri tutub. Yarışa 10 cüdoçu ilə qatılan yığma 4
medal qazanıb.
Orxan Səfərov (60 kq) qızıl, Tərlan Kərimov (66 kq) gümüş, İlqar
Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) isə bürünc medalı milli komandanın
aktivinə yazdırıblar.
Qeyd edək ki, turnirin qalibi adına Almaniya millisi (3
qızıl, 2 gümüş, 2 bürünc) layiq görülüb. Sonrakı yerləri müvafiq olaraq
Hollandiya (1-2-1), Rumıniya (1-2-1) və Rusiya (1-1-3) yığmaları tutublar. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |