
Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turniri start götürüb.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycanı yunan-Roma güləşi üzrə yığmanın üzvləri təmsil edir. Onlar ilk yarış günündə 1 qızıl, 1 bürünc medal qazanıblar. Sənan Süleymanovdan (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zamir Məhəmmədov (97 kq) isə 3-cü yeri tutub.
Digər güləşçilərdən Sakit Quliyev (60 kq) finala yüksəlib. Onunla eyni çəkidə çıxış edən Murad Bazarovla Elman Muxtarov (67 kq) yarımfinalda büdrəyib. Onlar bürünc medal uğrunda mübarizə aparacaq. Orxan Eyvazov (67 kq) və Həsən Əliyev (77 kq) isə təsəlliverici görüşə çıxacaq. Bu çəkilərdə həlledici görüşlər bu gün olacaq.
Qeyd edək ki, xatirə turnirində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyur.