Taekvondo üzrə Azərbaycan milli komandası İtaliya paytaxtında keçiriləcək Roma Qran-prisi üçün səfərə çıxıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iyunun 7-də start götürəcək yarışda Azərbaycanı üç idmançı təmsil edəcək. G4 dərəcəli beynəlxalq yarışlarında baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun sərəncamında olan idmançılardan Qaşım Maqomedov (58 kq), Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirin qalibi reytinqinə daha 40 xal yazdıracaq. İtaliyada startı veriləcək Qran-Pri davamlı olaraq Yaponiya, Bolqarıstan və Rusiyada təşkil ediləcək.