1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Universiadada üçüncü medal
İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar.
Sportnet.az xəbər verir ki, kişi cüdoçulardan ibarət komanda Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Final yolunda Rusiyaya uduzan milli bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib. Digər "bürünc"ə Yaponiya sahib olub. Koreya 2-ci, Rusiya isə 1-ci olub.
Qeyd edək ki, 2 gün əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Universiadanın fərdi yarışlarında gümüş medal qazanıb. Bu gün isə idman gimnastı Marina Nekrasova qızıl medala sahib olub.