Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İtaliya təmsilçisi Luici Sentraççio ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən azərbaycanlı olimpiya çempionu bürünc medal qazanıb.
Daha öncə Kamran Süleymanov 60 kq çəkidə gümüş medala sahib olub.
Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibidir.
--------------------------------------------------------------
Azərbaycan cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan olimpiya çempionu ardıcıllıqla avstraliyalı Danni Voynikoviç, tunisli Hamza Vergi və qırğızıstanlı Arseni Kladnova qalib gəlsə də, 1/4 finalda braziliyalı Qustavo Qomesə uduzub. O, təsəlliverici görüşdə isə tacikistanlı Qanijon Qaniyevi üstələyib. Talıbovun 3-cü yer uğrunda qarşılaşmada rəqibi italiyalı Luici Sentraççio olacaq.
Bu çəkidəki daha bir azərbaycanlı cüdoçu Elcan Hacıyev ilk görüşündə Danimarkanı təmsil edən erməni David İvanyanı 70 saniyəyə ipponla yenib. Lakin 1/8 finalda o, rusiyalı Adam Tseçoyevə qızıl xalla uduzaraq, mübarizəni dayandırıb.
81 kq-da Məhərrəm İmamverdiyev ilk görüşündə yaponiyalı Ryunosuke Otakeyə yenilib.
Qızların mübarizəsində 57 kq çəkidə yer alan Aytac Qardaşxanlı portuqaliyalı Alis Perreyranı məğlub etsə də, 1/8 finalda braziliyalı Sara Souzaya, 63 kq-da Aytac Əliyeva isə ilk görüşdəcə kanadalı Cordan Varnerə uduzaraq, yarışla vidalaşıb.
İlk yarış günündə Azərbaycan cüdoçusu Kamran Süleymanov 60 kq çəkidə gümüş medal qazanıb.
Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.