
Azərbaycan cüdo yığması Yaponiyanın Osaka şəhərində keçirilən Böyük Dəbilqədə cəmi bir medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov gümüş medala sahib olub. Ardıcıllıqla Fransa, Almaniya, Rusiya və Yaponiya təmsilçillərini yenən Qasımov həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzub. Bu çəkidə 4 mümkün medaldan 3-nü meydan sahibləri əldə edib.
90 kq çəkidəki Məmmədəli Mehdiyev bürünc medal görüşündə uduzaraq, 5-ci yerlə kifayələnib. Yarışın ilk günündə isə Nicat Şıxəlizadə 66 kq çəkidə 7-ci yerlə kifayətlənib.
Azərbaycan 86 ölkə arasında 9-cu, kişilərin mübarizəsində 5-ci olub.
Qeyd edək ki, 481 cüdoçunun qatıldığı Böyük Dəbilqədə Azərbaycan 13 idmançı ilə təmsil olunub.