"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən Azərbaycan çempionatında sərbəst güləşçilərin mübarizəsi başlayıb.
Sportnet.az-ın məlumatına görə, yarışda 10 çəki üzrə ümumilikdə 191 pəhləvan qüvvəsini sınayıb. Finalçılar arasında "Minsk 2019" II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov yoxdur. 57 kq çəkidə yer alan güləşçi yarımfinalda Əfqan Xaşalova xal hesabı ilə uduzub.
125 kq çəkidə isə Turxan Qurbanov 4 illik cəzasını başa vurduqdan sonra MOİK adından çıxış edib. O da yarımfinalda Roman Bəkirova uduzuaraq, qızıl medalsız qalıb.
57 kq
1/2 final: Kənan Heybətov (Abşeron-DİN) – Pərviz İbrahimov (Abşeron) 2:4
1/2 final: Əfqan Xaşalov (Zenit) – Mahir Əmiraslanov (MOİK) *3:3
61 kq
1/2 final: Ruslan Qasımov (Zenit) – Ramiz Həsənov (Gəncə) 3:2
1/2 final: Mircəlal Həsənzadə (Abşeron) – İntiqam Vəlizadə (Neftçi) 2:7
65 kq
1/2 final: Əhmədnəbi Qvarzatilov (Atasport) – Əsgər Məmmədəliyev (FHN) 9:6
1/2 final: Davud İbrahimov (Atasport) – Əli Rəhimzadə (DİN) 3:8
70 kq
1/2 final: Cəbrayıl Hacıyev (Atasport) – Gitinoməhəmməd Hacıyev (Atasport) 2:5
1/2 final: Ağahüseyn Mustafayev (MOİK) – Turan Bayramov (Gəncə) 4:0
74 kq
1/2 final: Hacımurad Ömərov (Atasport) – Nəsib İsayev (MOİK) 10:4
1/2 final: Əşrəf Aşırov (MOİK) – Coşqun Əzimov (MOİK) 0:11
79 kq
1/2 final: Xəzri Bağırlı (RİOUGİM) – Abubakr Abakarov (Atasport) 0:10
1/2 final: Ağasəfa Hüseynov (Abşeron) – Rəşad Yusifli (Abşeron-DİN) 1:11
86 kq
1/2 final: Osman Nurməhəmmədov (Atasport) – Cavad Qələndərov (Beyləqan) 8:4
1/2 final: İbrahim Yusubov (Qazax) – Orxan Abbasov (MOİK) 11:0
92 kq
1/2 final: Şamil Zubairov (Atasport) – İsmayıl Cəfərov (FHN) 6:1
1/2 final: Saidbek Zalibekov (Atasport) – Kənan Əliyev (Qazax) 0:5
97 kq
1/2 final: Xəyal Xanmuradov (DİN) – Nurməhəmməd Hacıyev (Atasport) 6:7
1/2 final: Sənan Əlizadə (Qazax) – Çingiz İsmayılov (Ağstafa) *3:3
125 kq
1/2 final: İslam Abuyev (Atasport) – Aydın Əhmədov (Abşeron) 0:5
1/2 final: Turxan Qurbanov (MOİK) – Roman Bəkirov (Abşeron) 0:8