
Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edib.
Onlar 2019-cu ilin ölkə cüdosu üçün uğurlu keçdiyini bildiriblər. Azərbaycan çempionatında bütün regionlar təmsil olunduğunu vurğulayan natiqlər cüdoçulara uğurlar arzulayıblar.
Daha sonra dövlət himni səsləndirilib və medal qarşılaşmalarına start verilib.