
Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda bürünc medal qazanan Hacı Əliyev (65 kq) mükafatlandırma mərasimində iştirak etməyib.
Sportnet.az-ın məlumatına görə, üçqat dünya və Avropa çempionu olan sərbət güləşçi zədəli olduğu üçün onun əvəzinə fəxri kürsüyə yığmanın masajçısı çıxıb.
Qeyd edək ki, Hacı Əliyev dünən 1/4 final mərhələsində qırğızıstanlı Ernazar Akmataliyevlə görüşdə (6:4) qabırğasından zədələnib.