Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqədə Azərbaycan dueli baş tutub.
Sportnet.az-ın məlumatına görə, 1/4 finalda 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov və Nicat Şıxəlizadə bir-birinə rəqib olub.
Millidəki komanda yoldaşını məğlub edən Şıxəlizadə yarımfinala yüksəlib. Səfərov isə bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər 5 cüdoçu medal şansını itirib.