Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda italiyalı Antonio Esposito ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Fətiyev bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal qazanıb.
--------------------------
Bu gün Azərbaycanın daha üç cüdoçusu Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayır.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançılardan Murad Fətiyev 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Zelim Tçkayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.
Qadınların yarışında 70 kq-da Günel Həsənli 1/16 finalda Mariya Bernabeu (İspaniya) ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
81 kq
1/16 final. Murad Fətiyev - Damian Stepiyen (Polşa)
1/8 final. Murad Fətityev - Din Gemer (İsrail)
1/4 final. Murad Fətiyev - Vedat Albayrak (Türkiyə)
Təsəlliverici görüş. Murad Fətiyev - David Karapetyan (Rusiya)
Bürünc medal görüşü: Murad Fətiyev - Antonio Esposito (İtaliya)
1/32 final. Zelim Tçkayev - Fetra Ratsimiziva (Madaqaskar)
1/16 final. Zelim Tçkayev - Adnan Kılıc (Türkiyə)
1/8 final. Zelim Tçkayev - Məhəmməd Abdelaal (Misir)
Qadınlar
70 kq
1/16 final. Günel Həsənli - Mariya Bernabeu (İspaniya)