Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turniri azarkeşlərin iştirakı ilə keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soloveyçik TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirləri görülməklə, zala ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq.
Qeyd edək ki, 5 - 7 mayda təşkil olunacaq Böyük Dəbilqədə Azərbaycan cüdoçuları da qüvvəsini sınayacaq.