Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Belarus təmsilçisi Yunus Bekmurzayevla qarşılaşıb.
Rəqibinə cərimə xalı ilə qalib gələn Fətiyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Aktivinə daha 500 xal yazdıran cüdoçu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı tam olaraq təmin edib.
Qeyd edək ki, bu Azərbaycanın Böyük Dəbilqədə ilk medalıdır. Daha əvvəl kişilərdən Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Rəşad Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Hidayət Heydərov (81 kq), qadınlardan isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışı medalsız bitiriblər.
Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır.
------------------------------------
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, onların hamısı kişilər arasında iki çəki dərəcəsində yarışıb.
81 kq-da mübarizə aparan Hidayət Heydərov 1/32 final mərhələsində Asad Masabirova (Qırğızıstan) uduzub.
Eyni çəkidəki Murad Fəyiyev 1/16 final mərhələsində Terens Kuambanı (Qabon), ardınca Hasan Kalmurzayevi və Aslan Lappinaqovi (hər ikisi Rusiya) məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda Atilla Unqvarinin (Macarıstan) müqavimətini qıra bilməyib. Fətiyev bürünc medal uğrunda Yunus Bekmurzayevla (Belarus) görüşəcək.
73 kq-dakı Rəşad Məmmədəliyev ilk görüşdə Maxmadbek Maxmadbekova (Rusiya) məğlub olub. Nurlan Osmanov (73 kq) Georgios Azoidis (Yunanıstan) və Fabio Basile (İtaliya) ilə dueldən qalib ayrılsa da, 1/8 final mərhələsində Nuqzari Tatalaşvili (Gürcüstan) ilə bacarmayıb.
Qeyd edək ki, Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır. Azərbaycanın 5 idmançısı ilk günü medalsız bitirib.
--------------------------------------------------
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayır.
Sportnet.az-ın məlumatına görə, onların hamısı kişilər arasında iki çəki dərəcəsində yarışacaq.
73 kq-da Rəşad Məmmədəliyev və Nurlan Osmanov, 81 kq-da isə Murad Fətiyev və Hidayət Heydərov medal qazanmağa çalışacaq.
Böyük Dəbilqə
6 may
Kişilər
73 kq
1/16 final. Rəşad Məmmədəliyev - Maxmadbek Maxmadbekov (Rusiya)
1/32 final. Nurlan Osmanov - Georgios Azoidis (Yunanıstan)
1/16 final. Nurlan Osmanov - Fabio Basile (İtaliya)
1/8 final. Nurlan Osmanov - Nuqzari Tatalaşvili (Gürcüstan)
81 kq
1/16 final. Murad Fətiyev - Terens Kuamba (Qabon)
1/8 final. Murad Fətiyev - Hasan Kalmurzayev (Rusiya)
1/4 final. Murad Fətiyev - Aslan Lappinaqov (Rusiya)
1/2 final. Murad Fətiyev - Atilla Unqvari (Macarıstan)
Bürünc medal uğrunda görüş. Murad Fətiyev - Yunus Bekmurzayev (Belarus)
1/32 final. Hidayət Heydərov - Asad Masabirov (Qırğızıstan)
Qeyd edək ki, Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır. Azərbaycanın 5 idmançısı ilk günü medalsız bitirib.