Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan 22 yaşlı pəhləvanın rəqibi slovakiyalı Boris Makoyev olub. Görüş 4:4 hesablı bərabərliklə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən, Makoyev qalib elan olunub. Abakarov finala yükələ bilmədiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını əldən verib. O, mayın 7-də bürünc medal uğrunda güləşəcək.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri olimpiadaya 6 mümkün lisenziyadan 3-ü ilə kifayətlənib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.
------------------------------
Azərbaycanın sərbəst güləşçisi Georgi Edişeraşvili Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı final yolunda monqolustanlı Erdenebat Bekbayarla qarşılaşıb.
Rəqibinə 2:6 hesabı ilə məğlub olan Edişeraşvili Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansını əldən verib. O, mayın 7-də bürünc medal uğrunda güləşəcək.
-------------------------------
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə sərbəst güləşçilər yarışacaq. Azərbaycanın 3 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayacaq.
57 kq çəki dərəcəsində Georgi Edişeraşvili, 86 kq-da Abubakr Abakarov, 125 kq-da isə Vahid Qalayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.
Dünya Təsnifat Turniri
6 may
Sərbəst güləş
57 kq
Təsnifat: Georgi Edişeraşvili - Otari Qoqava (Gürcüstan) - 4:0
1/8 final. Georgi Edişeraşvili - Məhəmməd Bilal (Pakistan) - 6:2
1/4 final. Georgi Edişeraşvili - Məhəmməd İkromov (Tacikistan) - 11:4
1/2 final. Georgi Edişeraşvili - Erdenebat Bekbayar (Monqolustan) - 2:6
Bürünc medal görüşü: Georgi Edişeraşvili -
86 kq
Təsnifat: Abubakr Abakarov - Uri Kalaşnikov (İsrail) - 8:1
1/8 final. Abubakr Abakarov - Sandro Aminaşvili (Gürcüstan) - 14:5
1/4 final. Abubakr Abakarov - Azamat Dauletbekov (Qazaxıstan) - 2:2
1/2 final. Abubakr Abakarov - Boris Makoyev (Slovakiya)
125 kq
1/8 final: Vahid Qalayev - Xose Kuba Vaskes (İspaniya) - 10:0
1/4 final. Vahid Qalayev - Xose Daniel Robertti (Venesuela) - 3:3
Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək. Sərbəst güləşdə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.