Bu gün Azərbaycanın son təmsilçisi Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqədə mübarizə aparıb.
Sportnet.az-ın məlumatına görə, üçüncü yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxıb.
O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizelə (Slovakiya) qalib gəlsə də, növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
+100 kq
1/16 final. Camal Feyziyev - Marius Fizel (Slovakiya)
1/8 finaı. Camal Feyziyev - Rafael Silva (Braziliya)