
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatında Azərbaycan millisinin daha bir üzvü qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan Zaur Əliyev qitə çempionu olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanı ilə ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb. Həlledici qarşılaşmada o, türkiyəli Adem Burak Uzun üzərində əzmkar qələbə qazanıb.
Zaur Nuriyev debütdə Rumıniya güləşçisinə məğlub olub.
Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra o, Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Vəliyev bu gün təsəlliverici görüşlərə çıxıb. O, yunanıstanlı İlias Paqkalidisə qalib gəlsə də, macarıstanlı İştvan Takaça uduzaraq, medalsız qalıb.
Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra o, İsveçrə təmsilçisi ilə bacarmayıb.
Avrpopa çempionatı
Yunan-Roma güləşi
55 kq
1/4 final: Zaur Əliyev – Denis Florin Mihay (Rumıniya) 4:1
1/2 final: Zaur Əliyev - Mövlud Rizmanov (Rusiya) *3:3
FİNAL: Zaur Əliyev - Adem Burak Uzun (Türkiyə) - *3:3
63 kq
1/8 final: Zaur Nuriyev – Aleksandru Trandafir (Rumıniya) 4:6
87 kq
Təsnifat: Laçın Vəliyev – Şimon Şimonoviç (Polşa) 5:3
1/8 final: Laçın Vəliyev - Aleksandr Komarov (Rusiya) 0:8
Təsəlliverici görüş: Laçın Vəliyev - İlias Paqkalidis (Yunanıstan) 3:1
Təsəlliverici görüş: Laçın Vəliyev - İştvan Takaç (Macarıstan) 0:2
130 kq
1/8 final: Sərxan Məmmədov – Vladan Jivkoviç (Serbiya) 4:3
1/4 final: Sərxan Məmmədov - Delian Hüseyn Alişahi (İsveçrə)