Azərbaycanın 3 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın 45 kq-da Rahim Həsənov Anri Xozrevanidze (Gürcüstan) ilə üz-üzə gəlib. 8:5 hesablı qələbə qazanan idmançı finala yüksəlib. Onun həlledici görüşdəki rəqibi Nikita Dementiyev (Ukrayna) olacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Fərid Xəlilov Enes Ülkünü (Türkiyə) məğlub edərək qızıl medal görüşünə vəsiqə qazanıb. O, finalda Levente Levayla (Macarıstan) üz-üzə gələcək.
71 kq-dakı Ruslan Nurullayev yarımfinalda türkiyəli Alperen Berberə 3:5 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda güləşəcək.
51 kq-da çıxış edən Pərviz Dadaşov isə təsəlliverici görüşdə Erzu Zakriyev (Rusiya) ilə qüvvəsini sınayacaq.
------------------------------------------------
Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, 45 kq-da çıxış edən Rahim Həsənov 1/4 finalda – Filip Çapkaya (Çexiya) 8:0 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Onun final yolunda rəqibi Anri Xozrevanidze (Gürcüstan) olacaq.
51 kq-da çəki dərəcəsindəki Pərviz Dadaşov startdaca bolqarıstanlı Borislav Kirilova uduzub - 3:6.
60 kq-da mübarizə aparan Fərid Xəlilov təsnifat mərhələsində Rati Xozrevanidze (Gürcüstan) 13:5 hesabı ilə məğlub edib. Daha sonra moldovalı Oleq Bajuranı üstələyən idmançı 1/4 finalda Ermənistan təmsilçisi Rostom Makiçyana da heç bir şans verməyib - 8:0. Xəlilov yarımfinalda Enes Ülkü (Türkiyə) ilə üz-üzə gələcək.
71 kq-da Ruslan Nurullayev ardıcıl olaraq, Tom Stoll (Almaniya), Miloş Peroviç (Serbiya) və Tornike Mikeladze (Gürcüstan) üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. O, finala çıxmaq üçün türkiyəli Alperen Berberə qalib gəlməlidir.
92 kq-da yarışan Cavidan Nuri 1/8 finalda Kriştian Kisi (Macarıstan) məğlub etsə də, növbəti mərhələdə Abubakar Xaslaxanovla (Belarus) bacarmayıb - 1:5.
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb.