Kanadanın Monreal şəhərində keçirilən boks turnirində bədbəxt hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, meksikalı qadın boksçu Janett Zakarias Sapata yerli Mari Pyer Ulla görüşdə aldığı ağır zərbədən sonra dünyasını dəyişib.
19 yaşlı idmançı avqustun 28-də baş tutan döyüşün 4-cü raundunda nokauta düşüb. Bir neçə saniyədən sonra halı pisləşən Sapata huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan gənc boksçu 5 gün koma vəziyyətində qaldıqdan sonra vəfat edib.
Qeyd edək ki, karyerası ərzində 5 döyüş keçirən Janett Zakarias Sapata bunların 2-də qələbə qazanıb. O, son iki qarşılaşmada isə nokautla uduzub.