
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.
---------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 77 kq-da yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada rusiyalı Roman Vlasovla üz-üzə gəlib.
Görüşdən 1:2 hesabı ilə məğlub ayrılan Süleymanov fəxri kürsünün ikinci pilləsinə qalxıb.
-----------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Ekrem Öztürklə qarşılaşıb.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn Əzizli dünya 3-cüsü olub.
Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.
-------------------------------------
Azərbaycanın yunan-Roma güləşçi Murad Məmmədov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Fərdi Dünya Kubokunun qalibi Jolaman Şarşenbekovla (Qırğızıstan) üz-üzə gəlib.
Məmmədov rəqibinə 2:4 hesabı ilə məğlub olub. O, sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.
Murad Lokyayevin (97 kq) 1/8 finalda, Beka Kandelakinin (130 kq) isə 1/4 finalda uduzduğu rəqiblər - Vilius Laurinaitis (Litva) və Yakobi Kajaya (Gürcüstan) finala vəsiqə qazana bilmədiklərindən Azərbaycan təmsilçiləri medal şanslarını itirib.
--------------------------------------
Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib.
Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib.
97 kq-dakı Murad Lokyayev Pontus Lundu (İsveç) yensə də, Vilius Laurinaitisin (Litva) müqavimətini qıra bilməyib. Stepan Davida (Çexiya) qalib gələn Beka Kandelaki (130 kq) isə Yakobi Kajayaya (Gürcüstan) uduzub.
Lokyayev və Kandelaki rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşlərə qatılacaqlar.
Bu gün həmçinin digər yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) mundialda final görüşünə, Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Əzizli Ekrem Öztürklə (Türkiyə), Süleymanov Roman Vlasovla (Rusiya), Hüseynov isə Burhan Akbudakla (Türkiyə) güləşəcək.
Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da, medal mücadələləri isə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.
---------------------------------------------------
Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına göərə, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov təsnifat mərhələsində Kriştian Keçkemeti (Macarıstan) ilə üz-üzə gələcək.
Murad Lokyayev (97 kq) 1/16 finalda Pontus Lundla (İsveç), Beka Kandelaki (130 kq) isə Stepan Davidlə (Çexiya) güləşəcək.
60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan) 3:0
1/8 final: Murad Məmmədov - Aydos Sultangali (Qazaxıstan) 6:1
1/4 final: Murad Məmmədov - Ayata Suzuki (Yaponiya) - 5:1
97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç) 8:2
1/8 final: Murad Lokyayev - Vilius Laurinaitis (Litva) - 1:1
130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya) 9:0
1/4 final: Beka Kandelaki - Yakobi Kajaya (Gürcüstan) - 1:5
Bu gün həmçinin digər yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) mundialda final görüşünə, Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Əzizli Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə) cütünün qalibi ilə, Süleymanov Roman Vlasovla (Rusiya), Hüseynov isə Burhan Akbudakla (Türkiyə) güləşəcək.
55 kq
Bürünc medal görüşü: Eldəniz Əzizli - Ekrem Öztürk (Türkiyə) - 5:2
77 kq
Final: Sənan Süleymanov - Roman Vlasov (Rusiya)
82 kq
Final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə)
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal mücadələləri isə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.