
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal qazana bilər.
Sportnet.az-ın məlumatına görə, buna 67 kq çəki dərəcəsində çıxış edən idmançının 1/4 finalda uduzduğu iranlı Məhəmmədrza Gerayinin finala yüksəlməsi səbəb olub.
Cəfərov sabah təsəlliverici qarşılaşmada yaponiyalı Tsuçika Şımoyamada ilə güləşəcək. Taleh Məmmədov (63 kq) isə bürünc medal uğrunda qarşılaşmada Deniz Menekşe (Almaniya) - Lenur Temirov cütünün qalibi ilə üz-üzə gələcək.
---------------------------------------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı iranlı Meysam Dalxani ilə üz-üzə gəlib.
Rəqibinə 0:9 hesabı ilə uduzan Məmmədov sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.
İslam Abbasovun (87) 1/8 finalda uduzduğu gürcüstanlı Laşa Qobadze növbəti raundda məğlub olduğundan Azərbaycan təmsilçisi medal şansını itirib.
------------------------------------------------------------------------
Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, 63 kq-da çıxış edən Taleh Məmmədov ilk görüşünda türkiyəli Mehmet Çekeri, ardınca isə Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edərək yarımnfinala vəsiqə qazanıb. O, finala gedən yolda iranlı Meysam Dalxani ilə üz-üzə gələcək.
67 kq çəki dərəcəsindəki Həsrət Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayıb. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ardıcıl olaraq ABŞ təmsilçisi Peyton Omonya və hindistanlı Qaurov Duhona qalib gəlsə də, 1/4 finalda iranlı Məhəmmədrza Gerayi ilə bacarmayıb. Cəfərov təsəlliverici görüşlərdə iştirak edə bilmək üçün rəqibinin finala adlamasını gözləməlidir.
87 kq-da yarışan İslam Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadzeyə uduzub. Rəqibi finala çıxsa, Abbasov təsəlliverici görüşlərə qatılacaq.
Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) ilə qarşılaşacaq.
--------------------------------------
Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Sportnet.az-ın məlumatına görə, yarışın 8-ci günündə Taleh Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov qüvvəsini sınayacaq.
63 kq-da çıxış edən Məmmədovun ilk görüşü 1/8 finala təsadüf edəcək. Onun rəqibi türkiyəli Mehmet Çeker olacaq.
67 kq çəki dərəcəsindəki Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ABŞ təmsilçisi Peyton Omonya ilə üz-üzə gələcək.
87 kq-da yarışan Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadze ilə münasibətlərinə aydınlıq gətirəcək.
63 kq
1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə) - 7:1
1/4 final: Taleh Məmmədov - Hanjae Çunq (Koreya) - 6:2
1/2 final: Taleh Məmmədov - Lenur Temirov (Ukrayna)
67 kq
Təsnifat: Həsrət Cəfərov - Peyton Omanya (ABŞ) - 10:0
1/8 final. Həsrət Cəfərov - Qaurov Duhon (Hindistan) - 8:0
1/4 final: Həsrət Cəfərov - Məhəmmədrza Gerayi (İran) - 0:10
87 kq
1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan) - 0:11
Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
60 kq
Bürünc medal görüşü: Murad Məmmədov - Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi
Qeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.