Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.
92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda litvalı Yonas Yazeviçiuslə üz-üzə gəlib.
Rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələn Abdullayev 1/8 finala yüksəlib. Onun növbəti qarşılaşması oktyabrın 31-də keçiriləcək. Rəqib serbiyalı Vladan Babiç olacaq.
Qeyd edək ki, dünya çempionatının beşinci günündə Azərbaycanın iki boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) italiyalı Simone Spada ilə, Sərxan Əliyev (71 kq) şotlandiyalı Stefen Nevnslə gücünü yoxlayacaq.