Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, Cəfərov finalda iranlı Məhəmməd Cavad Rezayiyə qalib gələrək dünya çempionu olub.