
Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında klassik güləş üzrə yarışa yekun vurulub.
Sportnet.az xəbər verir ki, çundialda 10 çəkidən cəmi 7-sində təmsil olunan Azərbaycan millisi 3 medal qazanıb və 67 xalla komanda hesabında 6-cı yeri tutdu.
1 qızıl və 2 gümüş medal əldə edən yığma U-23 dünya çempionatları tarixində medalların əyarına görə ən yaxşı nəticəsinə imza atdı.
Xatırladaq ki, yunan-Roma güləşçiləri 2017-də 2 bürünc, 2018-də 2 gümüş və 1 bürünc, 2019-da isə 1 gümüş və 1 bürünc medal qazanıb.
Bu gün Bakı vaxtı ilə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçiriləcək.