Azərbaycanın daha 7 cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, yarışın ikinci günündə ölkə təmsilçiləri 4 çəki dərəcəsində qüvvəsini sınayıb.
81 kq-da Kərim Allahverdiyev 1/16 finalda Şamil Dzavbatırova (Almaniya) uduzub. Məhəmməd İmamverdiyev ilk görüşdə Arber Kulaşiyə (Kosovo) qalib gəlsə də, 1/8 finalda Alfonso Urquislə (İspaniya) dueldən məğlub ayrılıb. Bu çəkidəki digər cüdoçu Ömər Rəcəbli isə 1/32 finalda Joau Fernadu (Portuqaliya) ilə bacarmayıb.
90 kq-da yer alan Əjdər Bağırov startda Citse Van Den Herrevegenə (Belçika) məğlub olaraq, mübarizəni dayandırıb.
100 kq-da çıxış edən Sabir İsayev 1/16 finalda Aleksey Yerşova (Ukrayna), Ruslan Nəsirli rəqibi Ris Tompsona (Böyük Britaniya) uduzub.
Qadınların yarışında isə Günel Həsənli 1/8 finalda Minel Akdenizə (Türkiyə) məğlub olub. Beləliklə, Azəbaycan cüdoçuları günü medalsız başa vurublar.
Qeyd edək ki, ilk yarış günündə 60 kq-da mübarizə aparmış Azərbaycan cüdoçularından Turan Bayramov qızıl, Samir Piriyev isə gümüş medal qazanıb.
---------------------------------------
Bu gün Azərbaycanın daha 7 cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, yarışın ikinci günündə ölkə təmsilçiləri 4 çəki dərəcəsində qüvvəsini sınayacaq.
81 kq-da Kərim Allahverdiyev və Məhərrəm İmamverdiyev 1/16 finalda müvafiq olaraq Şamil Dzavbatırov (Almaniya) və Arber Kulaşi (Kosovo) ilə qarşılaşacaq. Bu çəkidəki digər cüdoçu Ömər Rəcəbli isə 1/32 finalda Joau Fernadunu (Portuqaliya) sınağa çəkəcək.
90 kq-da yer alan Əjdər Bağırov 1/16 finalda Citse Van Den Herrevegenlə (Belçika) üz-üzə gələcək.
100 kq-da çıxış edən Sabir İsayevin 1/16 finaldakı rəqibi Aleksey Yerşov (Ukrayna), Ruslan Nəsirlinin rəqibi isə Ris Tompson (Böyük Britaniya) olacaq.
Qadınların yarışında isə Günel Həsənli tatamiyə çıxacaq. 70 kq-dakı idmançı 1/8 finalda Minel Akdenizlə (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, ilk yarış günündə 60 kq-da mübarizə aparmış Azərbaycan cüdoçularından Turan Bayramov qızıl, Samir Piriyev isə gümüş medal qazanıb.
Açıq Avropa turniri
Kişilər
81 kq
1/32 final. Ömər Rəcəbli - Joau Fernadu (Portuqaliya)
1/16 final. Kərim Allahverdiyev - Şamil Dzavbatırov (Almaniya)
1/16 final. Məhərrəm İmamverdiyev - Arber Kulaşi (Kosovo)
1/8 final. Məhərrəm İmamverdiyev - Alfonso Urquis (İspaniya)
90 kq
1/16 final. Əjdər Bağırov - Citse Van Den Herrevegen (Belçika)
100 kq
1/16 final. Sabir İsayev - Aleksey Yerşov (Ukrayna)
1/16 final. Ruslan Nəsirli - Ris Tompson (Böyük Britaniya)
Qadınlar
70 kq
1/8 final. Günel Həsənli - Minel Akdenizlə (Türkiyə)