
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 92 kq-da yer alan Osman Nurmaqomedov finala gedən yolda bolqarıstanlı Ahmed Sultanoviç Batayevlə qüvvəsini sınayıb.
Qarşılaşma 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən, adını finala yazdırıb. Nurmaqomedov isə bürünc medal uğrunda ispaniyalı Damian İqlesias Vilela ilə güləşəcək.
-------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 86 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Sebastian Yezerjanski ilə qarşılaşıb.
3:1 hesablı qələbə qazanan Abakarov qızıl medal uğrunda görüşdə San-Marino təmsilçisi Maylz Nazem Amineni sınağa çəkəcək.
---------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində rəqib slovakiyalı Taymuraz Salkazanov olub.
Rəqibinə 2:8 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda qarşılaşmada Kamil Rıbitski (Polşa) - Zurab Kaprayev (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
------------------------------------------
Azərbaycanın üç sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 lq) finalın bir addımlığınadək irəliləyiblər.
Bayramov 1/8 finalda Ali Umarpaşayevə (Bolqarıstan), 1/4 finalda Aymar Andruseyə (Estoniya) qalib gəlib.
Abakarov əvvəlcə Denis Balauru (Moldova), ardınca isə İvar Samusonoku (Latviya) yenərək adını yarımfinala yazdırıb.
Nurmaqomedov mübarizəyə 1/4 finaldan start verib. O, Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb.
Əvəzində İslam Bazarqanov (61 kq) təsnifat mərhələsində Viktor Lizeni (Almaniya) məğlub etsə də, Georgi Valentinov Vangelova (Bolqarıstan) uduzub.
Aydın Əhmədov (125 kq) isə təsnifat mərhələsində Paris Karepi (Albaniya) məğlub etdikdən sonra Robert Barana (Polşa) yenilib..
Bayramov finala gedən yolda Taymuraz Salkazanov (Slovakiya), Abakarov Sebastian Yezerjanski (Polşa), Nurməhəmmədov Damian İqlesias Vilela (İspaniya) - Ahmed Sultanoviç Batayev (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək.
Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
-------------------------------------
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizen (Almaniya) ilə üz-üzə gələcək.
74 kq çəkidə yarışan Turan Bayramov 1/8 finalda Ali Umarpaşayev (Bolqarıstan) ilə görüşəcək.
86 kq-da Abubakr Abakarov eyni raundda Denis Balaur (Moldova) ilə qarşılaşacaq.
92 kq çəkidəki Osman Nurmaqomedov yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi Simeone Yannattoni (İtaliya) - Radoslav Marçinkeviç (Polşa) cütünün qalibi olacaq.
Nəhayət, 125 kq-dakı Aydın Əhmədov təsnifat mərhələsində Paris Karepi (Albaniya) ilə güləşəcək.
Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
Avropa çempionatı
61 kq
Təsnifat. İslam Bazarqanov - Viktor Lizen (Almaniya) - 4:0
1/4 final. İslam Bazarqanov - Georgi Valentinov Vangelov (Bolqarıstan) - 3:5
74 kq
1/8 final. Turan Bayramov - Ali Umarpaşayev (Bolqarıstan) - 4:3
1/4 final. Turan Bayramov - Aymar Andruse (Estoniya) - 10:0
86 kq.
1/8 final. Abubakr Abakarov - Denis Balaur (Moldova) - 12:1
1/4 final. Abubakr Abakarov - İvars Samusonoks (Latviya) - 7:0
1/2 final.
92 kq
1/4 final. Osman Nurməhəmmədov - Radoslav Marçinkeviç (Polşa) - 8:0
125 kq
təsnifat. Aydın Əhmədov - Paris Karepi (Albaniya) - 5:0
1/4 final. Aydın Əhmədov - Robert Baran (Polşa) - 0:11