Azərbaycanın 4 yeniyetmə boksçusu Özbəkistanın Fərqanə şəhərində İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal görüşünə çıxıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, 50 kq-da Tağı Nəsibov özbəkistanlı Şahboz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançı finala yüksəlib.
Onun uğurunu 54 kq-da Məhəmmədəli Aşurəliyev təkrarlayıb. Özbəkistan təmsilçisi Murodulla Sunatullayevdən güclü olan milli üzvü qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.
Yığmanın digər boksçuları - 57 kq-da yarışan Məhəmmədəli Qasımzadə və 66 kq çəki dərəcəsindəki Ziya Həsənov isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, final görüşləri mayın 24-də olacaq.