
Azərbaycan Əli Hacızadə Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində rəqib israilli Yaniv Aqronov olub. Rəqibinə ipponla qalib gələn Hacızadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı medalların sayı 8-ə çatıb. Daha əvvəl Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qitə çempionu olub, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.
----------------------------------
Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada macarıstanlı İnes Boqnarı sınağa çəkib.
Rəqibini ipponla məğlub edən Əlizadə Avropa çempionu olub.
-----------------------------------
Azərbaycan 2 cüdoçusu Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq-da çıxış edən Nicat Nağıyev və 73 kq çəki dərəcəsindəki Əbil Yusubov 3-cü yeri tutublar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar və italiyalı Federiko Bosisə qalib gəliblər.
Bu gün, həmçinin, kişilərdən Əli Hacızadə (73 kq) bürünc, qadınlardan Fidan Əlizadə (57 kq) isə qızıl medal uğrunda yarışacaq.
Qeyd edək ki, ilk yarış günündə Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.
------------------------------------
Azərbaycanın daha 6 yeniyetmə cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə kişilərdən 66 kq-da Nicat Nağıyev və Əbil Yusubov, 73 kq-da Əli Hacızadə və Süleyman Əliyev, qadınlardan isə 52 kq-da Vüsalə Hacıyeva və 57 kq-da Fidan Əlizadə tatamiyə çıxıb.
Onlardan yalnız Əlizadə finaladək irəliləyə bilib. Yarımfinalda avstriyalı Anna Quliteyə qalib gələn cüdoçu həlledici qarşılaşmada macarıstanlı İnes Boqnarla üz-üzə gələcək.
Nağıyev, Yusubov və Hacızadə isə bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar, italiyalı Federiko Bosis və israilli Yaniv Aqranovu sınağa çəkəcəklər.
Süleyman Əliyev və Vüsalə Hacıyeva isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə 4 medal qazanıblar.