
"Qələbəni şəhidlərimizə və qəhrəman oğullarımıza həsr edirik".
Bunu Azərbaycanın cüdo üzrə gənc qızlardan ibarət yığmasının baş məşqçisi Vüqar Hüseynov Sportnet.az-ın Çexiyanın paytaxtı Praqaya ezam olunmuş əməkdaşına Avropa çempionatının komanda yarışında bürünc bürünc qazanmaları barədə danışarkən deyib.
Mütəxəssis çempionluq istədiklərini bildirsə də, qazanılan nəticədən də razı qaldığını söyləyib: "Komandamız yüksək səviyyədə çıxış etdi. 3-cü yeri tutduğumuz üçün çox sevincliyik".
O, qələbə münasibətilə başda Azərbaycan Cüdo Federasiyası olmaqla, bütün idmançıları canı-könüldən təbrik edib: "Həm oğlanlar, həm də qızlar sonadək mübarizə apardılar. Biləyimizin gücü ilə bürünc medal qazandıq".