Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq-da yer alan idmançı Avstriyanı təmsil edən Şamil Borçaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Mollayi 5-ci yerlə kifayətlənib.
Bu gün tatami üzərinə çıxmış digər Azərbaycan təmsilçisi Elcan Hacıyev (81 kq) ilk görüşündəcə uduzaraq, mundialla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
------------------------------
Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq-da yer alan idmançı finala gedən yolda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Avstriyanı təmsil edən Şamil Borçaşvili olacaq.
-------------------------------
Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb.
Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.
Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olacaq.
---------------------------------
Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 81 kq-da çıxış edən Elcan Hacıyev 1/32 finalda böyük britaniyalı Laçlan Morheadla qarşılaşıb. Rəqibinə ipponla uduzan idmançı yarışla vidalaşıb.
Azərbaycanın bu çəki dərəcəsindəki digər təmsilçisi Səid Mollayi isə mübarizəyə 1/16 finaldan qoşulacaq. Onun rəqibi Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova) cütünün qalibi olacaq.
Qeyd edək ki, dünya çempionatında daha əvvəl tatami üzərinə çıxmış Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
9 oktyabr
81 kq
1/32 final. Elcan Hacıyev - Laçlan Morhead (Böyük Britaniya)
1/16 final. Səid Mollayi - Aleks Barto (Slovakiya)
1/8 final. Səid Mollayi - Aşraf Muti (Mərakeş)
1/4 final. Səid Mollayi - Yunvan Li (Cənubi Koreya)
1/2 final. Səid Mollayi - Tato Qriqalaşvili (Gürcüstan)
Bürünc medal görüşü: Səid Mollayi - Şamil Borçaşvili (Avstriya)