
"Çiyin, topuq və digər bölgələrimdə zədələrim var. Bu səbəbdən də müəyyən məşqləri etmək imkanım olmamışdı".
Sportnet.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanan Kəramət Hüseynov jurnalistlərə açıqlamasında deyib.
60 kq-da fəxri kürsünün 3-cü pilləsinə qalxan idmançı görüşlərin çətin keçdiyini bildirib: "Özümü güclü hiss etmirdim. Qızıl medal qazanmaq istəyirdim, lakin qismət olmadı. Düşünürəm ki, bu, hələ başlanğıcdır. Gələcəkdə daha böyük yerlərdə olacağıma inanıram".