"Rəqiblərim güclü idi. Ona görə də görüşlərin asan keçdiyini demək olmaz".
Sportnet.az-ın məlumatına görə, bunu Bakıdakı Böyük Dəbilqə turnirində qızıl medal qazanan Balabəy Ağayev jurnalistlərə açıqlamasında deyib.
60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı özünə çox inandığını söyləyib: "Şükürlər olsun ki, bu inamı doğrultdum. Bu, mənim Böyük Dəbilqə turnirlərində ikinci qələbəmdir. 10 gün öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən yarışdan bürünc medalla qayıtmışdım. Yorğun idim, lakin dincəlmək imkanım oldu".
O bildirib ki, əsas məqsədi bundan sonrakı yarışlara da yaxşı şəkildə hazırlaşıb qələbə əldə etməkdir".