Bu gün Azərbaycanın daha 12 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev və Vüsal Qələndərzadə tatamiyə çıxacaq.
81 kq-da Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev və Ömər Rəcəbli medal qazanmağa çalışacaq.
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı ilə Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva və Günel Həsənli qüvvəsini sınayacaq.
Böyük Dəbilqə
73 kq
Rüstəm Orucov - Ertur Turdubayev (Qırğızıstan) / Keysei Nakano (Filippin) cütünün qalibi
Hidayət Heydərov - Marçin Kovalski (Polşa)
Telman Vəliyev - Daniyar Şamşayev (Qazaxıstan)
Vüsal Qələndərzadə - Abubakr Şerov (Tacikistan)
81 kq
Səid Mollayi - Alfonso Urquiza (İspaniya)
Elcan Hacıyev - Cakomo Qamba (İtaliya)
Zelim Tçkayev - Mustafa Hebib (Bosniya və Herseqovina)
Ömər Rəcəbli - Attila Unqvari (Macarıstan)
63 kq
Aytac Qardaşxanlı - Samalay Yergaliyeva (Qazaxıstan)
Nərgiz Hacıyeva - Habibe Afyonlu (Türkiyə)
70 kq
Südabə Ağayeva - Martina Espozito (İtaliya)
Günel Həsənli - Luisa Bonilla (Kolumbiya)
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.