
Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Almaniyanın Bremen şəhərində keçirilən Masters turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb.
Sportnet.az xəbər verir ki, istedadlı gənc idmançılar 4 qızıl və 3 bürünc mükafatla medal sıralamasında Yaponiya, Özbəkistan və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.
Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünclə medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.
Məhəmməd Musayev (66 kq), Süleyman Əliyev (73 kq), Aslan Kotsoyev (90 kq), Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Baarəhim Mirzəyev (60 kq), İslam Rəhimov (66 kq) və Tuncay Şamil (90 kq) bürünc medal əldə ediblər.
Bremen Masters turnirinin keçmiş qalibləri dünya çempionatları və Olimpiya Oyunları kimi böyük beynəlxalq turnirlərdə uğur qazanıblar. Yarışın əvvəlki qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var idi.