Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə uğursuz çıxış ediblər.
Sportnet.az xəbər verir ki, mübarizəyə qoşulan 3 idmançıdan heç biri medal qazana bilməyib.
Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) startda türkiyəli rəqiblərinə məğlub olublar. Yusifov 1/16 finalda Salih Yıldıza, Paşayev isə 1/32 finalda Muhammed Dəmirələ yenilib.
Rəşad Yelkiyev (66 kq) cəmi bir mərhələ adlaya bilib. O, Baibol Salamat Uuludan (Qırğızıstan) güclü olsa da, 1/16 finalda Obid Dzebova (Tacikistan) məğlub olub.
Qeyd edək ki, martın 30-da Azərbaycan millisinin heyətində Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq) və Ömər Rəcəbli (81 kq) mübarizə aparacaqlar.
--------------------------------------
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk gündə Azərbaycanın 3 cüdoçusu iki çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Əhməd Yusifov (60 kq) 1/16 finalda türkiyəli Salih Yıldızla görüşəcək.
Ruslan Paşayev və Rəşad Yelkiyev eyni çəkidə (66 kq) qüvvələrini sınayacaqlar. Hər iki idmançı yarışa 1/32 finaldan başlayacaq. Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Dəmirəllə, Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə”yə Azərbaycan 9 kişi cüdoçu ilə yollanıb.