Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, milli üzvü finalda Fransisko Qarriqosa (İspaniya) uduzub.
Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.
Aydan Vəliyeva (52 kq) də bürünc medal görüşündə uduzaraq beşinci olub.
-----------------------------;
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, milli üzvü yarımfinalda Fransa təmsilçisi Sedrik Revola qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə Fransisko Qarriqosla (İspaniya) üz-üzə gələcək.
Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldızın (Türkiyə) müqavimətini qırmağa çalışacaq.
-------------------------------
Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq.
Qadınlardan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq.