
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Sportnet.Az xəbər verir ki, yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.
H.Heydərov bu dəfə Danil Lavrentyevi (AIN) üstələyib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.
Bu gün digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
------------------------------------
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, üçqat Avropa çempionu uyğun ardıcıllıqla Albaniya, Portuqaliya və Rusiyadan olan rəqiblərinə qalib gəlib.
H.Heydərov yarımfinalda Adil Osmanov (Moldova) ilə qarşılaşacaq. Digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
---------------------------------
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.
Sportnet.az xəbər verir ki, üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev 73 kq-da tatamı üzərinə çıxacaq.
Zelim Tçkayev isə 81 kq çəki dərəcəsində rəqiblərini üstələməyə çalışacaq.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.