Qazaxıstanın paytaxtı Astanada davam edən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda mübarizədə digər Azərbaycan təmsilçisi Ruslan Paşayevlə qarşılaşıb.
Bu qələbə ilə K.Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb.
Əhməd Yusifov (60 kq) və Leyla Əliyeva (48 kq) isə üçüncülük uğrunda görüşdə uduzublar.
Xatırladaq ki, kişilərin yarışında Əhməd Yusifov (60 kq) üçüncülük uğrunda görüşə çıxacaq. O, Yeldos Smetovla (Qazaxıstan) münasibətlərinə aydınlıq gətirəcək.
------------------------------------------
Azərbaycanın 4 cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal görüşünə çıxacaq.
Sportnet.az xəbər verir ki, kişilər arasında 60 kiloqramda Əhməd Yusifov qazaxıstanlı Yeldos Smetovu, 66 kiloqramda Kamran Süleymanov isə komanda yoldaşı Ruslan Paşayevi sınağa çəkəcək.
Qadınların mübarizəsində isə 48 kiloqramda çıxış edən Leyla Əliyeva isə üçüncü yer uğrunda görüşdə türkiyəli Tuğçe Bederlə yarışacaq.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Açelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kiloqram) və Nazir Talıbov (60 kiloqram) isə turniri medalsız başa vurublar.
Qeyd edək ki, mayın 12-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.
----------------------------------------
Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.
Sportnet.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilər arasında 60 kq-da Əhməd Yusifov və Nazir Talıbov, 66 kq-da Ruslan Paşayev və Kamran Süleymanov medallar uğrunda mübarizə aparacaqlar.
Qadınlar arasında isə 48 kq-da Leyla Əliyeva, 57 kq-da Açelya Toprak və Fidan Əlizadə güclərini sınayacaq.
Qeyd edək ki turnirə mayın 12-də yekun vurulacaq.