
Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, yarışda ölkəmiz 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunacaq.
Həmçinin turnirdə Azərbaycanın “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, iyunun 6-9-da təşkil olunacaq qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparacaq.