
Azərbaycanın güllə atıcısı Nigar Nəsirova Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, o, 50 metr məsafəyə atəşaçmada fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Azərbaycan bu idman növündə mundialda sonuncu dəfə 20 il əvvəl medal əldə edib.
Qeyd edək ki, Nəsirova 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışlarının qalibi olub.