1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlham Zəkiyev: "Bu bayrağı Xankəndidə, Şuşada dalğalandırın"
"Əsgərlərlə görüşə gedəndə Avropa oyunlarında qaldırdığım Azərbaycan bayrağını da aparmışdım ki, Xankəndidə dalğalandırarsınız. İndi mənə dedilər ki, Füzuli rayonu ərazisindəki Lələtəpəni düşməndən geri alıblar və həmin bayrağı oraya sancıblar". Sportnet.az-ın məlumatına görə, bunu Sputnik.az-a açıqlamasında cüdo üzrə ikiqat paraolimpiya, 2 dəfə dünya və 5 dəfə Avropa çempionu olan, keçmiş döyüşçü İlham Zəkiyev deyib.
Son günlər cəbhədə baş verənlərlə bağlı danışan Zəkiyev əsgərlərlə görüşündən söz açıb: "Bakıda keçirilən ilk Avropa oyunlarından sonra Müdafiə Nazirliyinin xətti ilə ön cəbhədəki əsgərlərlə görüşə getdim. Şəmkirdən başlayaraq, Murovdağda, Goranboyda, Ağdamda olduq. Son getdiyimiz hərbi məntəqə mənim vaxtilə qulluq etdiyim hərbi hissə oldu. Bayrağı oradakı əsgərlərə təhvil verdim və qeyd etdim ki, bu bayrağı mən idman arenalarında dalğalandırmışam. İndi bu bayrağı sizə təhvil verirəm. Siz də bu bayrağı Xankəndidə, Şuşada dalğalandırın".
O, aprelin 3-də cəbhə bölgəsində döyüşən əsgərlərlə əlaqə saxladığını bildirib: "Mənə dedilər ki, Füzuli rayonu ərazisindəki Lələtəpəni düşməndən geri alıblar və mənim onlara verdiyim bayrağı da məhz Lələtəpədə sancıblar. Mən qeyd etdim ki, qardaşlar, mən sizə bayrağı vermişəm ki, Şuşada, Xankəndidə dalğalandırasınız. Əsgərlərimiz cavabında qeyd etdilər ki, "bu, yolüstüdür, yavaş-yavaş irəliləyirik, bayrağı Şuşada, Xankəndidə dalğalandıracağıq". Qürur duydum, halal olsun Azərbaycan əsgərinə!".