1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qran Pridə ilk medal - YENİLƏNDİ
Bu gün Azərbaycanın cüdoçusu Rüstəm Orucov Xorvatiyanın paytaxtı Zaqrebdə Qran Pri yarışında mübarizə aparıb.
Sportnet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Yarımfinaladək irəliləməyi bacaran Orucovun qarşısını finala gedən yolda kosovolu kəsib. Lakin o, bürünc medal görüşünü qələbə ilə başa vurmağı bacarıb.
Qeyd edək ki, ilk yarış günündə Kəramət Hüseynov, Vüqar Şirinli (hər ikisi 60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq) medalçılar sırasına düşə bilməyiblər. Son gündə - iyulun 29-da Məmmədəli Mehdiyev, Firudin Dadaşov (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kindzerskaya (+78 kq) mübarizə aparacaq.
73 kq
Bürünc medal. Rüstəm Orucov - Tommi Masias (İsveç)
1/2 final. Rüstəm Orucov - Akil Gjakova (Kosovo)
1/4 final. Rüstəm Orucov - Martin Hojak (Sloveniya)
1/8 final. Rüstəm Orucov - Sayan Ondar (Rusiya)
1/16 final. Rüstəm Orucov - Lukas Reiter (Avstriya)