1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz 13-cü oldu
Misirin paytaxtı Qahirə şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində gənclər arasında sablya üzrə komanda yarışında qaliblər müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Murad Əkbərov, Saleh Məmmədov və Maqsud Hüseynlidən ibarət Azərbaycan millisi ilk görüşündə Braziliyaya 45:39 hesabı ilə qalib gəlib.
Ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Ukraynanı təmsil edən kollektivə 39:45 hesabı ilə uduzan kişi sablyaçılar 9-12-ci yerlər uğrunda qarşılaşmada hindistanlı rəqiblərinə 44:45 hesabı ilə məğlub olub.
13-14-cü yerlər uğrunda keçirilən görüşdə Qazaxıstan (45:37), ardınca Honkonqa (45:42) qalib gələn komandamız yekunda turniri 13-cü sırada başa vurub.