Serbiya "Partizan"ı "Neftçi" ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü öncəsi Tofiq Bəhramov adına Respublika stadionundakı məşq zamanı kəskin etirazla qarşılanıb. Sportnet.az-ın məlumatına görə, tribunadakı yüzdən çox azərbaycanlı fanat Belqrad təmsilçisini söyüş, aşağılayıcı ifadə və jestlərə "qonaq edib".
Bu, həm futbolçular meydana çıxarkən, həm də məşqin açıq olan ilk 15 dəqiqəsi ərzində baş verib. "Partizan" futbolçuları və rəsmilərindən onlara açıq formada heç bir reaksiya verilməyib. Amma klub nümayəndələri onların fotolarını çəkiblər və UEFA nümayəndəsinə şikayət ediblər. Rəqib komandanın qeyri-etik ifadələr səsləndirən tərəfdarlar 15 dəqiqədən sonra tribunadan uzaqlaşıblar. Məşqi izləyənlər arasında aralarında qadınların da olduğu "Partizan" rəsmiləri, eləcə də "Neftçi" nümayəndələri olub.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" matçı saat 21:00-da başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |